İbrahim Nəbioğlu: TANAP-ı Avropa ölkələri və ABŞ dəstəkləyir

Ermənilər bəyan edir ki, TANAP Ağdərənin Talış kəndinin yaxınlığından – 30 kilometrliyindən keçir. Atılacaq bomba ilə Türkiyə və Azərbaycana ciddi zərbə vura bilər. Ermənistanın bu bəyanatları təbii ki sadəcə daxili auditoriyaya hesablanıb.

Bu sözləri Real-a açıqlamasında jurnalist İbrahim Nəbioğlu TANAP layihəsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, TANAP-ı Avropa ölkələri, ABŞ kimi böyük dövlətlər dəstəkləyir və Ermənistan bu boru kəmərinə nəsə etməyə cürət etməz.

“Məsələ bundan ibarətdir ki, Ermənistanın son bir həftədir ki, etdiyi hədələr boylarını aşan hədələrdir. Bunun üçün təşvişə səbəb olacaq məqam yoxdur. TANAP-ın özünün strukturuna baxmaq lazımdır. İnanılmaz dərəcədə qısa zaman ərzində ayrılmış böyük kreditlər sayəsində ərsəyə gəlib. Bu layihəyə Avropa ölkələri tam dəstək verir. Bundan başqa, ABŞ da TANAP-a dəstəyini bəyan edib. Yəni bu layihənin dəstəkçiləri kifayət qədər ciddi fiqurlardır. Bu baxımdan Ermənistanın bəyanatlarını ciddi qəbul etmək lazım deyil. Təbii ki, boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görüləcək”, - deyə İbrahim Nəbioğlu bildirib.

Baxış sayı: 125