"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik olub. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"a fiziki hazırlıq üzrə yeni məşqçi cəlb olunub. 

 

Bu, vaxtilə Azərbaycanda işləmiş Miloş Yevtiçdi. Serbiyalı mütəxəssis gürcü Kaxaber Sxadadze "İnter"in baş məşqçisi olduğu vaxtda onun fiziki hazırlıq üzrə köməkçisi olub. Sxadadze 2015-ci ildə ölkəmizi tərk edəndən sonra özüylə apardığı Yevtiç əvvəlcə Gürcüstan millisində, sonra Qazaxıstanın "Kayrat" klubunda ona yardım edib. Yevtiçin xidmətində Topaz Premyer Liqasının debütantı "Sabah" da maraqlı olsa da, o, Avropa Liqasında ölkəmizi təmsil edəcək əyalət təmsilçisini seçib. 

 

Xatırladaq ki, "Qəbələ"nin yeni baş məşqçisi Sənan Qurbanov ukraynalı sələfi Roman Qrioqrçukun köməkçilərindən yalnız məşqçi-analitik Anatoli Korotiya ilə yollarını ayırıb.  Fiziki hazırlıq üzrə məşqçi axtaran 38 yaşlı mütəxəssisin Yevtiçin gəlişiylə başçılıq etdiyi məşqçilər korpusu tamamlanıb. 

Baxış sayı: 29