Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda “Qüds günü” ilə bağlı aksiya keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, aksiya Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə Marneulinin İmam Əli məscidinin önündə baş tutub.

 

“Soyqırıma son!” şüarı altında keçirilən aksiyada iştirakçılar dünyada müsəlmanlara qarşı haqsızlıqlara və zülmə qarşı etiraz bildirib və İslam dünyasını birlikdə mübarizə aparmağa çağırıblar.

 

Aksiyada həmçinin Gürcüstan və Azərbaycanın işğal altında olan ərazilərində törədilən soyqırım cinayətləri də qınanılıb.

Baxış sayı: 31