Gürcüstanda Qombori aşırımında mikroavtobus qəzaya uğrayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 1-i yeniyetmə olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Mikrovatobusda Tbilisinin məktəblərindən birinin şagirdləri və onların valideynləri olub. Onlar Kaxeti bölgəsinə ekskursiyaya yollanıblar.

Baxış sayı: 126