Tiflis şəhər bələdiyyəsinin sədri Giorgi Tkemaladza və Azərbaycanın Gürcüstandakı  səfiri Dursun Həsənov arasında görüş olub. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, görüşdə tərəflər arasında Gürcüstan və Azərbaycan xalqı arasında tarixi dostluq və hər iki ölkə münasibətləri barədə ətraflı söhbət aparılıb.
 
Şəhər bələdiyyə sədri və səfir iki ölkə arasında olan tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər haqqında fikir mübadiləsi aparıblar.
 
Görüşdə şəhər bələdiyyəsinin rəsmiləri də iştirak ediblər.
Baxış sayı: 31