ABŞ-ın Gürcüstandakı səfiri Kurt Volker ABŞ və Gürcüstan arasındakı münasibətləri dəyərləndirib.

 

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfir müsahibə zamanı əsasən Gürcüstanın daxildə və xaricdə ABŞ-la münasibətlərdə tutduğu mövqeyə toxunub. 

Volker qeyd edib ki, hazırda iki dövlət arasında ciddi strateji yaxınlaşma gedir. Bu hər iki tərəfin maraqlarına uyğun gəlir. ABŞ bunun sayəsində Cənubi Qafqaz regionunda möhkəmlənir, Gürcüstan isə Rusiyadan gələ biləcək təhdidlərdən müdafiə olunur. 

Gürcüstanda Suriyadakına bənzər hadisələrin baş verə biləcəyi ilə bağlı suala isə, o, bu şəkildə cavab verib: “Düşünmürəm ki, Gürcüstan Suriya yaxud İran kimi qarışıqlıq düşəcək. Yaxud İrandakı kimi bir rejim formalaşacaq. ABŞ bunların baş verməməsi üçün əlindən gələni əsirgəməyəcək”.
Baxış sayı: 37