Xəbər.ge : Gürcüstanda milli azlıqlar üçün məlumatlandırma kampaniyası keçiriləcək

Gürcüstanda yaşayan milli azlıqlar üçün nəzərdə tutulmuş məlumatlandırma kampaniyası keçiriləcək.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kampaniya çərçivəsində milli azlıqlar dövlət proqram və xidmətləri barədə öz dillərində məlumatlandırılacaq.
 
Kvemo Kartli bölgəsinin qubernator administrasiyasında kampaniya ilə bağlı görüş təşkil olunub. Qubernator Qriqol Nemsadze və digər rəsmi şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə bildirilib ki, kampaniyanın məqsədi milli azlıqlardan olan vətəndaşları müxtəlif dövlət proqramlarının təklif etdiyi fayda və imkanlar barədə məlumatlandırmaqdır.
 
Məlumatlandırma kampaniyası Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının təşəbbüsü ilə Kvemo Kartli bölgəsinin qubernator administrasiyası tərəfindən aparılacaq. İyunun 11-də start veriləcək kampaniya bütün bölgəni əhatə etməklə bir ay davam edəcək.

Baxış sayı: 54