Xəbər.ge : Gürcüstan hökumətinə qarşı ayaqqabı aksiyası keçirilib

Tbilisidə, Gürcüstanın hökumət administrasiyasının binası qarşısında simvolik etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, “Məni öldürmə” etiraz aksiyasını dəstəkləyən gənclər binanın önünə 200-ə yaxın köhnə ayaqqabı düzüblər.

Aksiya təşkilatçıları ötən ilin dekabrında Tbilsinin Xorava küşəsində qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaqın şəffaf aparılması və iyunun 10-na qədər konkret addımların atılmasını tələb ediblər. Onlar bildiriblər ki, həmin vaxta qədər addım atılmasa, xalq hökuməti köhnə ayaqqabı kimi dəyişəcək.

 
Baxış sayı: 59