Ordu.az briqada generalı, 2003-2005-ci illərdə Gürcüstan Hərbi Hava Qüvvələrinin komandanı, 2012-2016-cı illərdə Gürcüstan Kəşfiyyat Xidmətinin müşaviri Amiran Salukvadze ilə müsahibəni təqdim edir.

- Ötən günlərdə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili 2021-ci ildə ölkənin NATO-ya daxil olacağına ümid etdiyini bildirib. Bu barədə nə düşünürsünüz? Gürcüstanın NATO-ya daxil olmasında mənfi və ya müsbət cəhədlər hansılardır?

- Əlbəttə, bu, NATO-nun genişləndirilməsi üçün konkret plan deyil, Baş nazirin arzusu idi. Lakin bu istək, blokun üzvü olan ölkələrə təqdim olunan sənədlər əsasında demokratiyanı və bu standartlara uyğunlaşmaq istiqamətində dövlətimiz tərəfindən aparılan bir çox uzunmüddətli islahatlara, o cümlədən cəmiyyətdə mövcud olan ruh sağlamlığına əsaslanırdı.

Müsbət cəhədləri isə çoxdur. Əvvəlcə bu təhlükəsizlik və sabitlik deməkdir. Bundan ötrü alyansın yeni üzvlərinin iqtisadi göstəricilərinə baxın.


Mənfi cəhətlərə gəlincə, onları tapmaq çətindir. Gürcüstanın NATO-ya üzv olması qonşularımız üçün də faydalı olacaq. Hər kəs xatırlayır ki, Gürcüstan Sovet İttifaqının dağılmasından və Abxaziyadakı ilk müharibəsindən sonra MDB-yə, KTMT-yə, Birləşdirilmiş Hava Hücumundan Müdafiə Sisteminə və s təşkilatlara daxil oldu. Əvəzində nə əldə etdik? Dondurulmuş münaqişə, separatçıların bütün istiqamətlərdə dəstəklənməsini, o cümlədən seperatçıların silahlı birləşmələrinin yaradılmasını və s. kimi mənfi amillər əldə etdik.

Bu baxımdan, jurnalist Maksim Şevçenkonun "Exo Moskva"nın efirində dilə gətirdiyi fikir maraq oyadır. Onun sözlərinə görə, Rusiya Gürcüstanı öz orbitindən çıxarıb. O, həmçinin Suriya tərəfindən Abxaziya və Tsxinvalinin tanınmasını da tənqid edərək birbaşa Kremli və anti-Rusiya maraqlarını təşviq edən lobbicilik güclərini günahlandırdı.

Qafqazda Rusiyanın maraqları nədirsə, o onların öz işidir. Bizim öz qırmızı xətlərmiz var və onları kobud şəkildə görməzdən gəldilər. Ümumiyyətlə, Gürcüstanın inkişaf vektorunun seçilməsi kimin üçünsə atılan təsadüfi bir addım deyil, bu Gürcüstan əhalisinin əksəriyyətinin şüurlu bir qərarıdır.

- Yaxın vaxtlarda Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar. Gürcüstan və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Müstəqillik dövründə ölkələrimiz arasında əməkdaşlıq strateji xarakter daşıyıb və bu, təbiidir. Bölgədə əhəmiyyətli bir geosiyasi mövqeyə sahibik, iqtisadi əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir və xarici ticarət böyüyür. Buna görə hərbi nazirliklərimiz sıx əməkdaşlıq edir, birgə antiterror təlimləri keçirir və hərbi əlaqələri dərinləşdirməyə davam edir. Bu, regionda qarşılıqlı inamın və sülhün bərqərar olmasına imkan verir.


- Gürcüstanla Türkiyə arasında hərbi əlaqələr barədə nə deyə bilərsiniz?

- Türkiyə ilə Gürcüstan arasında hərbi-texniki əməkdaşlıq sahəsində sıx əlaqə mövcuddur. Türkiyə hərbi təhsil sahəsində, hərbi infrastrukturun bərpası və digər məsələlərdə dostluq dəstəyi göstərir. Türkiyə kimi Azərbaycan da Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından biridir. Bununla yanaşı, ənənəvi olaraq, Şimali Atlantika Alyansının üzvü kimi, Gürcüstanın NATO-ya qəbul olmasına dair sesvermədə Gürcüstana dəstək verir. Buna görə hərbi sahədə belə sıx əlaqələrin olması təbiidir.

- Azərbaycanın hərbi potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin inkişafına xüsusi diqqət yetirir. Bu son illərdə çox milyard dollarlıq silah və hərbi texnikanın alınması ilə təsdiqlənir. Azərbaycan Milli Ordunun müdafiə potensialını artıraraq Rusiya, İsrail, Belarus və digər ölkələrdən müasir avadanlıqlar alır. Hərbi xərclərə əsasən Azərbaycan Cənubi Qafqazda liderdir. Son 10 ildə hərbi xərclər beş qat artıb. Bu, əlbəttə, Azərbaycan ordusunun imkanlarının artmasına müsbət təsir göstərir.


- Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı qonşu Ermənistanın qıcıq bir reaksiya verməsinə səbəb olur. Xüsusən, Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır. Bu barədə nə deyə bilərsiniz?

- Onun fikri ilə razı deyiləm. Gürcüstan və Ermənistan yaxşı qonşuluq əlaqələrinə malikdirlər. Gürcüstan həmişə regionda sülhü müdafiə edib. Biz, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqələr qura bilərik. Və bu düzgün bir addımdır. Bu yaxınlarda Ermənistanın yeni seçilmiş Baş naziri rəsmi səfərlə Gürcüstan gəlib və bu onun ilk rəsmi xarici səfəri idi. Hökumətimizin başçıları səmərəli görüşlər keçirdilər. Bu yaxınlarda hərbi təşkilatların rəhbərləri səviyyəsində görüşlər keçirilib. Gürcüstanın bölgədəki digər qonşuları ilə əməkdaşlığı heç kimə qarşı yönəlməyib. Bu, əsrlər boyu belə idi, gələcəkdə də belə olacaq.
Baxış sayı: 79