Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Gürcüstan Qadın İşadamları Birliyi arasında əməkdaşlıq və tərəfdaşlığın inkişafı üzrə memorandumunun imzalanma mərasimi keçirilib. 
 
qhtxeber.az-a daxil olan məlumata görə, öncə hər iki təşkilat öz fəaliyyəti və gələcək planları haqqında tədbir iştirakçılarını məlumatlandırıb və gələcək müştərək layihələri haqqında fikirlər səsləndiriblər. 
 
Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri xanım Səkinə Babayeva və Gürcüstan Qadın İşadamları İctimai Birliyinin prezidenti Mzia Kereselidze tərəfindən rəsmi saziş imzalanaraq əməkdaşlıqlarını təsdiq ediblər.
 
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin biznes mühitinin qiymətləndirilməsi və sahibkarların maarifləndirilməsi sektorunun müdiri Anar Məmmədov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun baş məsləhətçisi Ulduz Babayeva, eyni zamanda “SKY WAY Capital” şirkətinin Gürcüstan və Azərbaycan üzrə Regional kuratoru Davit Kapanadze də iştirak edib. 
Baxış sayı: 37