Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda iki günlük səfərdədir. Bu, onun çoxminlik etiraz aksiyalarının ardınca mayın 8-də baş nazir seçilməsindən sonra ilk rəsmi səfəridir. Nikol Paşinyan Tbilisiyə həyat yoldaşı ilə birlikdə gəlib.

Tbilisi aeroportunda qonağı xarici işlər naziri və baş nazirin müavini Mixail Canelidze qarşılayıb. Hökumət administrasiyasında baş tutan təntənəli qarşılama mərasimində iki ölkə himnləri səsləndiriləndən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Nikol Paşinyan tet-a-tet görüş keçiriblər.

Ermənistan baş nazirinin Gürcüstana səfəri. 30.05.2018. REUTER/David Mdzinarişvili

Ermənistan baş nazirinin Gürcüstana səfəri. 30.05.2018. REUTER/David Mdzinarişvili

 

 

Görüşün sonunda baş nazirlər mətbuat üçün açıqlama verib:

Nikol Paşinyan deyib ki, “Ermənistan-Gürcüstan münasibətlərində həll olunmayası məsələlər yoxdur”. O, Gürcüstanı Birinci Respublikanın 100 illik yubileyi münasibətilə təbrik edib və iki ölkə arasındakı dostluq mövzusuna toxunub:

“Mənim üçün ilk rəsmi səfərimdə Gürcüstana gəlmək böyük şərəfdir, çünki bizim siyasi gündəmimizdə Gürcüstanla münasibətlər xüsusi yer tutur. Mən həmişə həm jurnalist, həm deputat kimi, indi də baş nazir qismində Ermənistan-Gürcüstan münasibətlərinin inkişafı üçün əlimdən gələni eləmişəm”, – Paşinyan bildirib.

O, Gürcüstan və Ermənistan arasında həmişə mövcud olan bu pozitiv qarşılıqlı münasibətlərin konkret iqtisadi nəticələrdə də özünü göstərəcəyinə ümidini ifadə edib.

“Bizim həm qısamüddətli, həm də uzunmüddətli ortaq maraqlarımız var. Bizim Gürcüstanda çox sayda layihələrimiz mövcuddur. Biz onların nəticələri üzərində də işləməliyik. Ermənistan-Gürcüstan münasibətlərində həll olunmayacaq məsələlər yoxdur, başlıca amil köklənməkdə və iradədədir. Bizim nümayəndə heyəti Tbilsiyə gəlib ki, buna hazır olduğunu qeyd etsin”, – Ermənistanın baş naziri bildirib və həmkarını Ermənistana dəvət edib: “Sizinlə yaxın zamanda Yerevanda görüşəcəyimizə ümid edirəm”, – o deyib.

Yaxın keçmişdə özü də jurnalist olan Paşinyan gürcüstanlı jurnalistlərə “Ermənistanda gedən məxməri inqilaba yüksək maraq göstərdikləri üçün” təşəkkür edib.

Giorgi Kvirikaşvili öz növbəsində Nikol Paşinyanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və bildirib ki, erməni xalqının həyata keçirdiyi demokratik prinsiplərin və onlara sədaqətin ifadəsidir. Gürcüstanın baş naziri qeyd edib ki, iki ölkə arasında intensiv əməkdaşlığa baxmayaraq, bir çox istiqamətlərdə istifadə olunmamış potensil var.

“Biz iqtisadiyyat üzrə ikitərəfli komissiyanın işini bərpa etmək haqda qərar qəbul etmişik. Yaxın dövrdə işçi qrupun görüşü baş tutacaq və iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın ixlasına hazırlıq kkeçiriləcək. Biz bu kimissiya çərçivəsində diqqətə layiq əsas istiqamətləri də müəyyən etmişik”, – Giorgi Kvirikaşvili deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq nəqliyyat, energetika, turizm, mədəniyyət, təhsil, innovasiya kimi sahələrdə dərinləşdirilməlidir.

O, bildirib ki, görüş zamanı ikitərəfli münasibətlərdən başqa söhbət həm də regional çərçivədə və beynəlxalq formatda əməkdaşlıqdan, o cümlədən də “regionda stabillik, təhlükəsizlik və sülhdən” gedib.

Kvirikaşvili Nikol Paşinyanın ikigünlük səfər müddətində Cavaxetini – Gürcüstanın əsasən etnik ermənilərin məskunlaşdığı regionunu ziyarət edəcəyini də vurğulayıb. Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan vətəndaşları olan ermənilər ölkənin dövlət quruculuğu məsələlərində fəal iştirak edirlər.

“Gürcüstan erməniləri dövlət quruculuğunda fəal iştirak edir və bu da çoxmillətli Gürcüstanın vəhdətini sübut edir. Bizim əhalimiz milli mənsubiyyətindən asılı olmayaraq, bir məqsədə qulluq edir – Gürcüstanın güclənməsinə, regional inkişafa və qonşuluq münasibətlərinin möhkəmlənməsinə”, – Gürcüstanın baş naziri bildirib.

Nikol Paşinyan Gürcüstanı sabah tərk edəcək. Səfər zamanı o, Gürcüstanın prezidenti və parlament sədri ilə də görüşəcək. Mayın 31-də isə onu Cavaxetidə gözləyəcəklər.

Nikol Paşinyanın Gürcüstana səfərinə qədər onun Tbilisidə Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırıb-qaldırmayacağı Ermənistan mətbuatında fəal şəkildə müzakirə olunurdu. Amma baş nazir öz çıxışlarında bu məsələyə toxunmadı.

Nikol Paşinyanın səfərindən əvvəl Gürcüstanın baş nazir müavini Mixail Canelidze jurnalistlərə bildirmişdi ki, Ermənistan tərəfi indiyə qədər heç vaxt Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırmayıb və “çox güman ki, indi də bunu etməyəcək”.

Baxış sayı: 27