Beynəlxalq Respublika İnstitutu (IRI) Gürcüstanda keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sorğunun beynəlxalq münasibətlərə dair bölməsində rəyi soruşulanlar bir sıra dövlətlərlə münasibətləri qiymətləndiriblər. Sorğuda iştirak edənlərin 82%-i Azərbaycanla münasibətləri yaxşı, 12%-i nə yaxşı, nə pis, 2%-i isə pis qiymətləndirib. 4%-i isə suala cavab verməkdə çətinlik çəkib.


Respondetnlərin 90%-i Avropa İttifaqı, 88%-i ABŞ, 83%-i Ukrayna, 75%-i Türkiyə, 68%-i Ermənistanla münasibətlərin yaxşı olduğunu hesab edib.
 

“Gürcüstanın əsas siyasi tərəfdaşı kimdir” sualına rəyi soruşulanların 53%-i ABŞ, digər 53%-i Aİ, 22%-i Ukrayna, 19%-i Azərbaycan deyə cavab verib. Respondentlərin 85%-i Rusiyanı Gürcüstan üçün siyahi təhlükə hesab edib.
 

Gürcüstanın əsas iqtisadi tərəfdaşı ilə bağlı sualı respondentlərin 37%-i ABŞ, 36%-i Aİ, 23%-i Azərbaycan, 22%-i Türkiyə, 18%-i Ukrayna deyə cavablandırıb. Rəyi soruşulanların 68%-i Rusiyanı Gürcüstan üçün əsas iqtisadi təhlükə adlandırıb.

 


IRI sorğunu bu ilin 10-22 aprel tarixində 1500 Gürcüstan vətəndaşı arasında keçirib.

Baxış sayı: 39