Gürcüstanda paytaxt Tbilisinin bir hissəsi və bölgələrdə elektrik enerjisinin təminatında problem yaranıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna “İnquri” SES-də baş vermiş texniki qəza səbəb olub.  Stansiyada qəza trubinlərin birində yaranıb. Problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

 

“Gürcüstan Dövlət Elektrosistemi” SC-dən bildirilib ki, Tbilisinin elektrik enerjisi ilə təminatında yaranmış problem aradan qaldırılıb. Bölgələrin elektrik enerjisi ilə tam təminatının sistemdəki ehtiyat və idxal hesabına tədricən bərpa olunacağı gözlənilir.  

Baxış sayı: 101