Yunanıstan polisi mütəşəkkil cinayətkar qrupun üzvü olan 21 nəfəri həbs edib

 

 
 APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır.
 
Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib. Onun sözlərinə görə, zərərsizləşdirilmiş şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, bir-birindən asılı olmayan, lazım gəldikdə isə əlbir olan dörd qrupdan ibarət olub.
 
Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.
 
Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.
Baxış sayı: 83