Məlumatda həmçinin bildirilir ki, 2017-ci ildə Gürcüstanda 91 totalizator, 21 kazino və 16 onlayn oyun mərkəzi fəaliyyət göstərib. Totalizatorlar vasitəsilə qoyulan vəsaitin həcmi 2017-ci ildə əsaslı surətdə artıb. 2017-ci ilin yanvarında totalizator vasitəsilə oyunlara 79,2 milyon lari vəsait qoyulduğu halda, dekabrda bu rəqəm 101,3 milyon lari təşkil edib.

İqtisadçi ekspertlərin hesablamalarına görə, oyun biznesi Gürcüstan iqtisadiyyatında ən gəlirli sahə olub. Amma bununla belə oyun biznesi ölkə iqtisadiyyatı və əhalisi üçün ən çox təhlükəli sahə olaraq qalır. Publika.az

Baxış sayı: 106