Xəbər.ge : Nikolun çıxışları şoudur: Erməni əsgər anaları etiraz edir
Ermənistanın baş naziri Nikol Paşinyanın məlum açıqlamasından sonra da hərbi qulluqçuların valideynləri ərzaq, hərbi geyim və gigiyena ləvazimatları göndərməkdə davam edirlər. 

 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Lusine Poğosyan adlı valideyn, Sünik vilayətində yerləşən hərbi hissələrdən birində xidmət edən oğlunun hərbi geyiminin sıradan çıxdığına və yenisinin verilmədiyinə görə ondan hərbi geyim və pul göndərilməsini istədiyini bildirib. 

Məlumata görə, Ermənistanda təlimlər zamanı qısa vaxtda sıradan çıxan hərbi geyimlərin əvəzinə yenisi verilmir. Hərbi geyim almaq məqsədilə erməni valideynlərdən pul istəyirlər. Orada hərbi formaların qiyməti 8-10 min dram təşkil edir. Əsgərlərə 8 ayda bir dəfə hərbi geyim verilir.

Poğosyanın məlumatına görə, oğlu 4 aydır ki, hərbi xidmətdədir və artıq yeni geyimə ehtiyacı olduğunu bildirib. 

"2-3 gün öncə oğluma 15 min dram dəyərində alt paltarı və gigiyena ləvazimatları alıb göndərmişəm. Hər ay ləvazimat göndərəm. İndi isə bilmirəm ki, həmin ehtiyacları göndərim, yoxsa təminata dair verilən vədlərin icrasını gözləyim", - deyə erməni əsgər anası şikayətlənib. 
Baxış sayı: 76