Xəbər.ge : Məmmədov, Əliyev və Hüseynov soyadları Gürcüstanda ən çox yayılmış soyadlardandır

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların 20-liyini açıqlayıb.
 
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, siyahıda 3 azərbaycanlı soyadı yer alıb.
 
 
Qonşu ölkədə Məmmədov ən geniş yayılmış 2-ci soyaddır. Bu soyadı 28 081 nəfər daşıyır. Əliyev soyadı isə 19 094 nəfərlə 4-cü yerdədir. Hüseynov ən geniş yayılmış 15-ci soyaddır ki, bu soyadı daşıyanların sayı 10 831 nəfər təşkil edir.
 
 
Gürcüstanda ən çox yayılmış soyad isə Beridzedir. Bu soyadı 29 068 nəfər daşıyır.

Baxış sayı: 56