Xəbər.ge : Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş keçirilib.

 

APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər və iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında tarixi dostluq münasibətlərinin strateji əlaqələrin gələcəkdə də gücləndirilməsi üçün əsas olduğunu vurğulayıb.

 

O. Əsədov gürcü həmkarını Azərbaycana səfərə dəvət edərək, yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirib.

 

Tərəflər parlamentlərarası əlaqələr və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

 

Görüşdə həmçinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsü və 17-19 iyul tarixində bu təşəbbüs çərçivəsində Gürcüstanda keçiriləcək beşinci illik sammit də nəzərdən keçirilib. İ. Kobaxidze qeyd edib ki, Gürcüstan parlamenti Azərbaycanla açıq hökumət sahəsində təcrübə mübadiləsinə hazırdır.

Baxış sayı: 51