Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 5 mln. 834,4 min dollar məbləğində pul köçürülüb.

 

APA-nın yerli bürosunun Gürcüstanın Milli Bankına istinadla verdiyi məlumata əsasən, təkcə aprel ayında Azərbaycandan Gürcüstana daxil olmuş pul köçürmələrinin həcmi 1 mln. 496 min dollar olub ki, bu da mart ayı ilə müqayisədə 7,7% azdır.

 

Ötən ay Gürcüstandan Azərbaycana isə 986,3 min dollar pul köçürülüb. Cari ilin ilk dörd ayı ərzində isə qonşu ölkədən Azərbaycana 3 mln. 507,5 min dollar daxil olub.

 

Aprel ayında Gürcüstana xarici ölkələrdən köçürülmüş pulun həcmi 123,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 17,1% çoxdur. 

 

Gürcüstana aprel ayında ən çox pul köçürmələrinin həyata keçirildiyi ölkələrin ilk üçlüyünə Rusiya (35,2 mln. dollar), Yunanıstan (14,8 mln. dollar) və İtaliya (14, 5 mln. dollar) daxildir.

Baxış sayı: 24