Türkiyə və Azərbaycan, iyunun 12-də Rusiyanı yan ötərək, Gürcüstanı keçərək Avropaya gedən qaz boru kəmərini açacaqlar.

“deutsche welle”-nin yaydığı məlumata görə, bu barədə məlumatı Türkiyə Energetika naziri, Berat Albayrak yaydı.

Nazirin dediyinə görə, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri iştirak edəcəklər. Elə onun bəyan etdiyinə görə, qaz kəməri ilə təbii qazın ötürülməsi iyunun 30-da başlayacaq.

Ona qədər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) bəyan edirdilər ki, açılış mərasimi iyunun 19-da olacaq.

Trans Anadolu Qaz Boru Kəməri layihəsi üzrə işlər 2015-ci ildə başladı. Qaz kəməri ilə Şahdəniz yatağından hər il 16 milyard kubmetr təbii qazın ixracatı həyata keçiriləcək – 6 milyard kubmetr Türkiyə və 10 milyard kubmetr Avropaya.

Sonralar qeyd olunanın həcmi artacaqdır.

Baxış sayı: 60