Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb.
 
 
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.
 
 
 
O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. 
 
 
 
Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.
Baxış sayı: 32