"Nikol Paşinyan Şuşaya getməklə qanun pozuntusu edib. Qarabağ Azərbaycanın ərazisidir”.

 

APA-nın xəbərinə görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: "Fikrimcə, Paşinyan ilk olaraq Şuşaya getməklə nə vaxtsa peşman olacaq. Günahsız insanların qanına bulaşmış torpağa ayaq basmaq düzgün deyil".

 

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nə zaman görüşəcəyi barədə sualı cavablandıran B. Səfərov  bildirib ki, bununla bağlı hər hansı yenilik yoxdur: “Ermənistanda hələ yeni hakimiyyət qurulmalıdır. Əgər orda yığılan yeni komanda və yeni baş nazir işğalçı siyasətindən əl çəkəcəksə, onlar yaşayacaqlar".

 

 

Baxış sayı: 39