“Azərbaycanda “Gürcüstan ticarət evi”nin açılması planlaşdırılır”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Tbilisidə keçirilən 5-ci Beynəlxalq Caspian Energy Forumunda deyib.

 

O bildirib ki, Gürcüstanda “Azərbaycan ticarət evi”nin yaradılması istiqamətində müzakirələr aparılır: “Eyni zamanda Azərbaycanda da “Gürcüstan ticarət evi”nin açılması imkanları nəzərdən keçirilir”.

 

 

Qeyd edək ki, Gürcüstanda “Azərbaycan ticarət evi”nin açılması barədə planlar ilk dəfə ötən ilin dekabrın 15-də Tbilisidə keçirilmiş Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch zamanı səsləndirilib.

Baxış sayı: 77