Birinci sinif şagirdlərinin qeydiyyatının ikinci mərhələsi olan elektron qeydiyyat bugün saat 09:00-da başladı və iyunun 8-də 18:00-da başa çatacaq.
 
Bu barədə məlumat Birinci Kanala Təhsil Nazirliyindən verildi.
 
İdarənin məlumatına görə, qeydiyyat Təhsil İdarəsinin İnformasiya Mərkəzinin veb-səhifəsində (registration.emis.ge) ediləcək.
 
“Nəzərə alınmalıdır ki, qeydiyyat prosesində verilən məlumatın dəqiqliyi üçün məsuliyyəti qeydiyyatı həyata keçirən şəxs daşıyır.
 
Nəzərə alın ki, qeydiyyat kodu unikaldır və uşağın növbəti identifikasiyası üçün önəmlidir” – dedilər Təhsil Nazirliyindən.
 
İdarənin məlumatına görə, ümumtəhsil müəssusələrində ikinci mərhələdə qeydiyyatdan keçən şagirdin məktəbə götürülməsi üçün sənədlərin qəbulu 2018-ci ilin iyunun 11-dən başlayacaq.
Baxış sayı: 42