Giorgi Tatunaşvilinin adı ilə, Rusiya Federasiyasına qarşı Strasburq Məhkəməsinə daxil edilmək üçün individual şikayət hazırlanır,  – bu barədə məlumatı Arçil Tatunaşvilinin ailə vəkili Tamar Avaliani verdi.
 
Bununla yanaşı, vəkil ümid etdi ki, məsələnin istintaqı yerli məhkəmədədə tam və effektiv şəkildə davam edəcək.
 
“Biz Giorgi Tatunaşvilinin adı ilə, Rusiya Federasiyasına qarşı şikayət hazırlayırıq. Hazırda şikayət hazırlıq mərhələsindədir. Bununla yanaşı, ümid edirik ki, yerli istintaq da tam və effektiv olacaq.” – dedi Avaliani.
 
Vəkilin dediyinə görə, espertiza ilə bağlı bir çox suallara hələdə cavab verilməyib və iki aydan artıqdır ki, keçirilən heç bir ekspertizanın nəticləri bəlli deyil.
 
Tamar Avalianinin dediyinə görə, Arçil Tatunaşvilinin dəqiq ölüm səbəbi də müəyyən deyil.
Baxış sayı: 27