Xəbər.ge : Giorgi Kvirikaşvili - Gənclərdən xahiş etmək istəyirəm ki, heç bir məsələyə qarşı lageyid olmasınlar
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili gənclərdən xahiş edir ki, ölkədə baş verən heç bir problemə qarşı lageyid olmasınlar.
 
Baş nazir gənclərin fəal olmalarının və ölkənin inkişaf prosesində iştirak etmələrinin əhəmiyyəti barədə Axaltsixedə “Dövlət və yerli iqtidar institusiyaları dialoqu” adlı illik forumda danışdı.
 
“Xüsusi ilə, gənclərdən xahiş etmək istəyirəm ki, ölkəmizdəki heç bir problemə qarşı laqeyid olmayın, çünki sizin fəallığınız ölkəmizin inkişafı üçün çox əhəmiyyətlidir. Sizin qərar vermə qabiliyyətiniz ölkə iqtidarına çox lazımdır” – dedi baş nazir.
 
Bununla yanaşı baş nazir forumda qeyd etdi ki, regionlarda kvalifikasiyalı gənclərə ehtiyac var.
 
Onun dediyinə görə, yerli özünü idarə etmələrdə bugün kadr çatışmamazlığı var.
 
“Biz istəyirik ki, dünyanın müxtəlif universitetlərində yaxşı təhsil alan gənclərimizin elə motivasiyaları olsun ki, öz biliklərindən doğma rayonlarında istifadə etsinlər”,  – dedi Giorgi Kvirikaşvili və qeyd etdi ki, yerli özünüidarəetmə orqanlarının islahatlarından sonra, regionlarda gənclərin işlə təmin edilmə imkanları artacaq.
Baxış sayı: 66