Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani bəyan edir ki, prezidentin əfvinin meyarları ilə bağlı sual işarələri var.
 
Tea Sulukiani qeyd etdi ki, Gürcüstan prezidenti əfv qaydasına, bir neçə həftə bundan əvvl dəyişikliklər həyata keçirdi. Dəyişikliyə əsasən, korrupsiya cinayətinə görə cəza cəkənlərin əfv edilməsi asanlaşdırldı.
 
“Hökumət hər şeyi edir ki, Gürcüstan, bir dövlət kimi, prezidentin bu düşünülməmiş qərarına görə ziyan görməsin. Başqa cür mənim, Ədliyyə naziri kimi, sual işarələrim var ki, prezident başqa başqa insanları hansı meyarlarla əfv edir”, – Tea Sulukiani bəyan etdi.
 
Əfv işlərinə istintaqın başlayıb başlamayacağı barəsində suala Sulukiani bəyan edir ki, əgər hansısa kopnkret faktlar varsa, bunun araşdırlması baş verməlidir.
Baxış sayı: 82