Almaniyanın Gürcüstandakı səfiri Heike Peaç və qonşu ölkənin maliyyə naziri Mamuka Baxtadze kredit sazişi imzalayıb. 
 
"Report" gürcü mətbuatına istinadən xəbər verir ki, saziş Almaniyanın Gürcüstana 230 mln. avro kredit, 22,7 mln. avro isə qrant (ümumilikdə təxminən 253 mln. avro) ayırmasını nəzərdə tutur.
 
Bu pullar Gürcüstan ərazisində infrastruktur layihələrinin həyata keçirilməsinə, eləcə də təhsilin inkişafına, demokratik institutların yaradılmasına, energetika və ekologiya layihələrinə sərf ediləcək. 
 
Nazir səfirə kreditə və qranta, ümumilikdə ölkəsinin Avropa ilə əlaqələrinin dərinləşməsindəki töhfəsinə görə təşəkkür edib. 
Baxış sayı: 26