Giorgi Marqvelaşvilinin etdiyi hərəkət parlament institutuna və Gürcüstan qanunvericiliyinə qarşı  hörmətsizlikdir, – bu bəyanatı parlamentin sədri İrakli Kobaxidze, prezidentin parlament iclasını tərk etməsindən sonra verdi.
 
Kobaxidzenin dediyinə görə, qanunverici aktların birinə əsasən, debatların keçirilməsinin müəyyən reqlamenti var.
 
Xatırladaq ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili etiraz edərək, parlament iclasını tərk etdi.
 
Prezidentin etirazının səbəbi parlamentin sədri ilə mübahisəsi oldu. Giorgi Marqvelaşvili tələb edirdi ki, deputatlar çıxış edərkən, cavab vermək imkanı ona da verilsin.
 
İrakli Kobaxidze isə, bəyan etdi ki, bütün suallara cavabı iclasın sonundaki yekun çıxışında verə biləcək.
 
Prezident bugün parlamentdə illik son hesabatını təqdim etdi.
Baxış sayı: 87