Xəbər.ge : Kaxa Kaladze "Gürcü Arzusunun" siyasi şurasının yeni tərkibini açıqladı
  
Paytaxtın meri, Kaxa Kaladze “Gürcü Arzusunun” siyasi şurasının iclasının başa çatmasından sonra partiyanın siyasi şurasının yeni tərkibini açıqladı.
 
Kaxa Kaladzenin bəyan etdiyinə görə, siyasi şuranın 15 üzvü olacaq.
 
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurasının yeni tərkibinə qarşıdakı namizədlər təqdim olunacaqlar:
 
Bidzina İvanişvili, Giorgi Kvirikaşvili, İrakli Kobaxidze, Tamar Çuqoşvili, Giorgi Volski, İliya Nakaşidze, Arçil Talakvadze, Mamuka Mdinaradze, Dimitri Samxaradze, Bidzina Qeqidze, İrakli Tripolski, Maya Tskitişvili, Sozar Subari, David Saqanelidze və mən – paytaxtın meri Kaxa Kaladze.
 
Yaxın günlərdə partiyanın qurultayı keçiriləcək və əminəm ki, qurultayda bu əhəmiyyətli dəyişiklik dəstəklənəcəkdir”, – Kaxa Kaladze bəyan etdi.
 
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı mayın 11-də keçiriləcək.
Baxış sayı: 53