"Çinlə münasibətdə yeni yollar axtarırıq"

30 Oktyabr 2020

134444

Xeber.ge Eastnews-a istinadən  verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo Çinlə yeni danışıqlar yolu tapmağa çalışdığını deyib. Mayk Pompeo İndoneziyaya səfəri zamanı Çin ilə yeni yollar tapmaq üçün İndoneziya ilə işlədiyini iddia edib.

O, İndoneziyanın su sərhədlərinin təhlükəsizliyini təmin etmək səylərinin Pekinin Cənubi Çin dənizindəki qanunsuz iddialarını rədd etməyə yönəldiyini bildirib.   Pompeo bundan əvvəl Hindistan, Şri Lanka, Maldiv adalarına səfər edib. Digər tərəfdən Pekin dəfələrlə Pompeoya Soyuq müharibə zehniyyətindən imtina etməsi və Çin-ABŞ münasibətlərini pozması barədə xəbərdarlıq edib. 




Oxşar xəbərlər