“Qardaşımı girişdə qarşılayıb, fiziki təzyiq göstəriblər”

09 May 2024

146

“Bəzi şəxslər qardaşımı girişdə qarşılayıb və ona fiziki təzyiq göstəriblər. Təcili yardım gəlib və yəqin ki, xəstəxanaya aparılacaq”, - “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze yazıb. Qia Caparidze “xarici agentlər” haqqında rus qanunu əleyhinə keçirilən etiraz aksiyalarının fəal iştirakçısıdır.

Qia Caparidze hazırda Gürcüstan Universitetində lektordur və İlia Çavçavadze Mərkəzinin idarə heyətinin üzvüdür. Bundan əvvəl o, diplomatik fəaliyyətlə məşğul olub - Gürcüstanın Yunanıstan Respublikasındakı səfirliyinin konsulluq əməkdaşı və müşaviri; Avropa İşləri Departamentinin müşaviri; Gürcüstanın Portuqaliya Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbəri, səfir səlahiyyətlərini icra edən; Gürcüstanın Kipr Respublikasındakı Diplomatik Nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən.

Mayın 8-də Tbilisidə “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani də hücuma məruz qalıb. Onun üzü nahiyəsində çoxsaylı  xəsarətlər var. Hücumdan əvvəl, aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lari il’ maliyyələşdirilən şəxslər rus qanunu əleyhinə aksiyalarda öndə dayanırlar” bəyanatı vermişdi. Çikovani “Formula TV”nin yaradıcısının qardaşı və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.

Mayın 3-də Tbilisidə aksiyada iştirak edən gənclərə hücum olunub və fiziki təzyiqlər edilib. Hücum edənlərdən bəzilərinin kimliyi media tərəfindən müəyyən edilib. Onlar “Gürcü Arzusu” ilə əlaqəli şəxslər, o cümlədən büdcədən maliyyələşən bir neçə məşqçidir.

Mayın 5-də Lançxutidə rus qanununa qarşı etiraz aksiyalarının fəal iştirakçısı, pedaqoq Lado Abxazava və oğlu evdən çıxarkən hücuma məruz qalıb.

Mayın 7-də İsveçin Tbilisidəki səfirliyindən çıxarkən sonra qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili, həmçinin “Formula” televiziya şirkətinin çəkiliş qrupu hücuma məruz qalıb. Kldiaşvili Formula-ya müsahibə verirdi.

Cinayət ittihamı Lado Apxazava və oğluna hücum edən yalnız bir nəfərə qarşı irəli sürülüb. Prokurorluğun tələbi ilə məhkəmə təqsirləndirilən şəxslərə 4 min lari məbləğində girov təyin edib.

Daxili İşlər Nazirliyi digər hücum faktlarını araşdırmayıb.


mənbə: sakartvelosambebi


Oxşar xəbərlər