Yuxarı Lars bağlandı: 600 yük maşını gözləyir

08 May 2024

267

Hazırda Rusiya-Gürcüstan sərhədini keçmək üçün 600-dən çox yük maşını növbə gözləyir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsindən məlumat verilib.

“Hazırda Lars keçid məntəqəsindən Gürcüstana keçmək üçün dayanacaqlarda 260 böyük yük maşını, yollarda isə 355 yük maşını gözləyir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Gürcüstanda əlverişsiz hava şəraiti ilə əlaqədar mayın 6-da saat 22:50-dən  etibarən Hərbi Gürcüstan Yolu ilə yük daşımalarının hərəkəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Ermənistanın Rusiyaya yeganə quru marşrutudur.


mənbə: axar


Oxşar xəbərlər