Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə bağlı məlumatı təsdiq etmir

08 May 2024

172

Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə əlaqədar məlumatı təsdiq etmir.

Meriyanın bəyanatına görə, hər hansı qərar qəbul olunarsa, özləri bunu rəsmi şəkildə elan edəcəklər.

7 may tarixində, “Gürcü Arzusunun” tərəfdarı Nino Cğarkava feysbukda yazıb ki, Tbilisi meriyası Rustaveli prospektini 1 ay müddətinə bağlamağa hazırlaşır. Lakin, Nino Cğarkavanın postu artıq sosial şəbəkədə tapılmır.


mənbə: marneulifm


Oxşar xəbərlər