Prokurorluq iki nəfərə qarşı fiziki zorakılıq törədən şəxsə ittiham irəli sürüb

08 May 2024

149

Gürcüstanın Baş Prokurorluğu milli müəllim mükafatı alan Lado Abxazavaya və digər şəxsə qarşı hücumda bir nəfərə qarşı ittiham irəli sürüb.

Bu barədə prokurorluq məlumat yayıb.

“Gürcüstan Prokurorluğu K.F.-yə iki şəxsə qarşı fiziki zorakılıq faktı üzrə ittiham aktı təqdim edib.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 2024-cü il mayın 5-də Lançxuti şəhərində sərxoş vəziyyətdə olan K.F. qonşuluqda yaşayan 2 nəfərə qarşı fiziki zorakılıq törədib.

K.F-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin iki ilədək həbs cəzası nəzərdə tutan “c” bəndi (iki şəxsə qarşı zorakılıq) ilə ittiham irəli sürülüb.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - deyə qurumun məlumatında bildirilir.


mənbə: interpress


Oxşar xəbərlər