3 nəfərin oturduğu avtomobili çay aparıb

08 May 2024

208

3 nəfərin əyləşdiyi minik avtomobilini Kavtura çauı aparıb.

Hadisə ötən gün rayonun Kavtisxevi kəndində baş verib.

 Məlumata görə, 3 nəfərdən biri xilasedicilər tərəfindən ölü tapılıb, digər şəxs özü sudan çıxa bilib. Avtomobildə olan 35 yaşlı şəxs isə xilasedicilər tərəfindən hələ də axtarılır.

Fövqəladə halların idarə olunması xidmətinin rəisinin sözlərinə görə, xilasetmə əməliyyatı davam edir, yerdə canlı qüvvə var və əraziyə pilotsuz uçuş aparatları vasitəsilə baxış keçirilir.


mənbə: interpress


Oxşar xəbərlər