Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?

08 May 2024

243

Mayın 13-14-nə kimi yağış və güclü külək gözlənilir.

Bu barədə sinoptik Tamar Papaşvili məlumat verib.

“Sabah və o biri gün Tbilisidə hava yaxşı olacaq, sonra yenidən dəyişəcək, sonra bir gün buludlu olacaq, mayın 8-9-da yağmursuz hava şəraiti, 10-da yağış yağacağı gözlənilir, 11-də isə hava açıq olacaq. May ayının 12-13-də yenidən yağış yağacaq. Qərbdə də küləyin əsəcəyi gözlənilir”, - sinoptik bildirib.

Onun sözlərinə görə, bayram günlərində həm qərbdə, həm də şərqdə hava şəraitinin pisləşəcəyi, külək və  dənizdə tufan gözlənilir.

“Mayın 12-13-də Gürcüstanın bütün ərazisində pis hava şəraiti hökm sürəcək. Məsələn, dünənə qədər Qərbdə havanın temperaturu +15-20 dərəcə daxilində idisə, indi, məsələn, Acarıstanda +28-30 dərəcəyə qalxacaq. Tbilisidə və Şərqi Gürcüstanda +20-25 aralığında olacaq.

Mayın 15-dək qeyri-sabit hava şəraiti davam edəcək”, - sinoptik qeyd edib.


mənbə: interpress


Oxşar xəbərlər