Bu gün Parlamentdə xüsusi təhlükəsizlik səviyyəsi qüvvədə olacaq

30 Aprel 2024

115

Gürcüstan parlamenti sədrinin sərəncamı ilə aprelin 30-da Parlament Sarayında mühafizənin sarı səviyyəsi tətbiq olunacaq.

Müvafiq olaraq, binaya yalnız televiziyaların akkreditasiyadan keçmiş jurnalistləri daxil ola və işləyə biləcək, digər KİV nümayəndələri isə qanunverici orqanda işləmək imkanına malik olmayacaqlar.

"Gürcüstan Parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlament Sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin 30-da mühafizənin sarı səviyyəsi Gürcüstan Parlament Sarayında qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdıracaq. Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclasları, plenar iclaslar) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq. Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan ikidən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilir.


mənbə: interpress


Oxşar xəbərlər