Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib

29 Aprel 2024

192

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqini tənqid edib.

Prezident Zurabişvili “X” platformasındakı paylaşımında "dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini" qeyd edib.

“Həqiqi Gürcüstan azad Gürcüstandır. Avropalı Gürcüstandır”, - Zurabişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün saat 20:00-da Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq planlaşdırıb.


mənbə: apa


Oxşar xəbərlər

Bu, şantaj və təhdid dilidir

11 saat əvvəl

94