Baş nazir danışıqlara başlanılması üçün Aİ-yə müraciət edib

29 Aprel 2024

147

"Biz Avropa İttifaqını 2022-ci ilin iyun ayından fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və danışıqları açmağa çağırırıq".

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ümumi yığıncaqda çıxışı zamanı bildirib.

Hökumət başçısı hər kəsi "gürcü xalqının qayğısına qalmağa, ölkəni narahat etmək istəyən “NGO”ların qara pullarını gizlətməməyə" çağırır.

"Artıq bir neçə aydır ki, bizi hədələyirlər ki, Mərkəzi Seçki Komissiyasının və Məhkəmənin müstəqilliyinə icazə verməsək, Avropa İttifaqı danışıqlara başlamayacaq. Burada bir şeyi demək lazımdır: Gürcüstan demokratiya, qanunun aliliyi, insan haqları, institutların gücü, korrupsiyanın olmaması və iqtisadi inkişaf baxımından hər iki ölkədən bir baş üstün olduğu halda, bu gün Ukrayna və Moldova ilə danışıqlara başlayıblar. Ona görə də, ilk növbədə, ədalətin tezliklə bərpası Avropa İttifaqının maraqlarına uyğundur.

Gürcüstan əhalisinin böyük əksəriyyətinin mövqeyini ifadə edən şəxslər bu gün burdadır. Biz Avropa İttifaqını 2022-ci ilin iyun ayından fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və danışıqlara başlamağa çağırırıq. Hər kəsi gürcü xalqının qayğısına qalmağa, ölkəni narahat etmək istəyən “NGO”ların qara pullarını gizlətməməyə çağırırıq. Bu, gürcü xalqına qarşı ləyaqətli və məsuliyyətli münasibət olacaq”, - deyə baş nazir bildirib.


mənbə: interpress


Oxşar xəbərlər