Müəyyən qüvvələr Gürcüstanın Ukraynanın taleyini bölüşmədiyini qəbul edə bilmirlər

29 Aprel 2024

272

"Gürcüstanın Ukraynanın taleyini bölüşməməsi ilə razılaşa bilməyən müəyyən qüvvələr ölkəni qarışdırmaq və Gürcüstana böyük bəla gətirən adamları hakimiyyətə qaytarmaq cəhdlərindən əl çəkmirlər".

Bu barədə “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze “Gürcü Arzusu”nun parlamentin yanında təşkil etdiyi ictimai toplantıda açıqlama verib.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, gürcü xalqı buna imkan verməyəcək.

“Bizim qarşımızda öz kimliyimiz və suverenliyimiz, möhkəm mənəvi dəyərlərimiz, ailə möhkəmliyimiz, inancımızın toxunulmazlığı, müstəqilliyimiz ilə Avropa ailəsi adlanan bir ailənin üzvü olmaq məqsədimiz var”, - deyə Kaxa Kaladze bildirib.


mənbə: interpress


Oxşar xəbərlər