Sabiq prezident Strasburq məhkəməsindən şikayətini geri götürüb

29 Aprel 2024

174

Bu il aprelin 25-də Ədliyyə Nazirliyinə Avropa İnsan Hüquqları Məhkəməsindən bildiriş daxil olub və bu bildiriş məhkum Saakaşvilinin Strasburq Məhkəməsindən şikayətini geri götürməsi ilə bağlı məktubu ilə müşayiət olunub.

Bu barədə ədliyyə naziri Rati Breqadze bildirib. 

"Saakaşvilinin vəkili 18 aprel tarixli məktubunda qeyd edir ki, hazırda Saakaşvilinin həyatı üçün təhlükə yoxdur. Avropa Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyindən mayın 10-dan əvvəl şərh verməsi istənilib. Bu gün biz müvafiq cavab göndərdik, orada qeyd etdik ki, onun həqiqətən həyati təhlükəsi yoxdur, bunu Strasburq məhkəməsinin özü də məhkum Saakaşvili müalicə üçün Varşavaya köçürülməsindən imtina edərkən təsdiqləyib.

Həmçinin, biz Avropa İnsan Haqları Məhkəməsindən işin baxılan işlər siyahısından çıxarılması aktı barədə bizə məlumat verməsini tələb etdik”, - Rati Breqadze bildirib.


mənbə: interpress


Oxşar xəbərlər

Bu, şantaj və təhdid dilidir

11 saat əvvəl

94