Gürcüstan vətəndaşları artıq bu tarixdən Çinə vizasız səfər edə biləcəklər

29 Aprel 2024

131

Mayın 28-dən Gürcüstan vətəndaşları Çin Xalq Respublikasına 30 gündən çox olmayan müddətə vizasız gedə biləcəklər.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Nazirliyin məlumatına görə, Çində qalmanın ümumi müddəti istənilən 180 günlük müddətdə 90 günü keçməməlidir.

Vizasız səyahət aşağıdakı məqsədlər üçün mümkündür:

Turist səfəri;
İşgüzar Səyahətlər

Nazirliyin məlumatına görə, Gürcüstan vətəndaşı Çinə uzun müddətə (30 gündən çox), habelə işləmək, təhsil almaq, media tədbirlərində iştirak etmək və digər məqsədlərlə səfər etmək üçün müvafiq viza tələb edir.

Xatırladırıq ki, fevralın 26-da məlum olub ki, Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edir.


mənbə: interpress


Oxşar xəbərlər