İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

28 Aprel 2024

233

İtaliyada oğurluqda şübhəli bilinən 23 yaşlı gürcü saxlanılıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mətbuatın yazdığına görə, bağlı mənzilə iki nəfər daxil olub. Orada quraşdırılmış həyəcan siqnalını yandırdıqdan sonra mənzil sahibinin oğlu videomüşahidə kameralarında evdən çantalarda oğurlanmış əşyalar, o cümlədən saat və qızıl-zinət əşyaları aparan iki nəfərin olduğunu görüb. O, qısa müddət sonra hadisə yerinə gəlib və nəticədə oğurluqda şübhəli bilinən şəxslərlə əlbəyaxa dava düşüb. Həmin vaxt onlardan biri qaça bilib.

Hadisə yerinə gələn asayiş keşikçiləri gürcünü həbs edə bilib və onu Romadakı Rebibiya həbsxanasına aparıblar. Onun şərikinin axtarışı davam etdirilir.


mənbə: interpress


Oxşar xəbərlər

Bu, şantaj və təhdid dilidir

10 saat əvvəl

90