“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır

27 Aprel 2024

172

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır və yəqin ki, onların tapşırığı ilə gənclərin parlamentin divarına yazdığı “Gürcüstan sənindir!” yazısı silinir.

Bundan əvvəl Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb.

Tbilisi meriyası parlamentin “Gürcü Arzusu”nun aksiyaya hazırlıq işləri ilə əlaqədar əhatələndiyini bildirib.

Aprelin 29-da “Gürcü Arzusu” Rustaveli prospektində rus qanununa dəstək aksiyası keçirəcək.

Bundan bir gün əvvəl, sabah, aprelin 28-i saat 19:00-da vətəndaş cəmiyyəti rus qanununa qarşı Respublika Meydanından başlayaraq Parlamentə yürüşlə davam edəcək aksiya keçirəcək.


mənbə: interpress


Oxşar xəbərlər

Bu, şantaj və təhdid dilidir

12 saat əvvəl

95