Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb

27 Aprel 2024

171

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb.

Tbilisi meriyasından “Publika” nəşrinə verilən məlumata görə, “Arzu” kampaniyasına hazırlıq işləri ilə əlaqədar ərazi hasara alınacaq.

“Tbilisi meriyasına aprelin 29-da keçirilməsi planlaşdırılan və onun çərçivəsində hazırlıq işlərinin aparıldığı genişmiqyaslı tədbirlə bağlı “Gürcü Arzusu” partiyasından müraciət daxil olub”, - yazılı müraciətdə deyilir.

Xatırladırıq ki, sabah, aprelin 28-i saat 19:00-da vətəndaş cəmiyyəti Rusiya qanunlarına qarşı Respublika meydanından Parlamentə yürüşlə başlayacaq aksiyanı elan edib.

Bundan əlavə, aprelin 29-da “Gürcü arzusu” Rustaveli prospektində Rusiya qanunlarına dəstək aksiyası təşkil edir və orada iştirak etmək üçün bölgələrdən dövlət qulluqçularını gətirir.


mənbə: interpress


Oxşar xəbərlər