Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb

27 Aprel 2024

161

Yunanıstanın Sitia şəhərində sərxoş gürcü 43 yaşlı şəxsi bıçaqlayıb.

Bu barədə Yunanıstan mətbuatı yazır.

Məlumata görə, sərxoş gürcü küçədə yoldan keçənləri təhqir edib, həmin şəxs ona irad bildirib.

Mətbuatın yazdığına görə, bundan sonra 27 yaşlı gənc həmin şəxsi əvvəlcə fiziki təzyiqə məruz qoyub, sonra isə soyuq silahla çiynindən bıçaqlayıb.

Yaralı şəhər xəstəxanasına çatdırılıb, xəsarəti ciddi deyil.

Gürcüstan vətəndaşı polis tərəfindən hadisə yerində yaxalanıb.


mənbə: interpress


Oxşar xəbərlər