Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib

26 Aprel 2024

211

Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək Qardabani bələdiyyəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirləndirilən iki nəfəri 20-20 il müddətinə azadlıqdan məhrum edib.

Prokurorluq bununla bağlı məlumat yayıb.

Məhkəmə prosesində sübuta yetirilib ki, 2023-cü ilin avqust ayında Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində təqsirləndirilən şəxslər qisas məqsədi ilə qrup halında xüsusi amansızlıqla zərərçəkmişə çoxsaylı bədən xəsarətləri yetiriblər. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Prokurorluq hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” və “m” yarımbəndləri ilə (xüsusi amansızlıqla, xüsusi amansızlıqla qəsdən adam öldürmə) ittiham irəli sürüb. Məhkəmə onların hər ikisini irəli sürülən ittihamlar üzrə tam təqsirli bilib.


mənbə: interpress


Oxşar xəbərlər

Orta yaşlı kişi ölü tapıldı

23dəqiqə əvvəl

51