Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib

26 Aprel 2024

137

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin böyük inspektoru vətəndaşa qarşı zor tətbiq edilməsi faktı ilə ifşa edilib.

Bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs özəl şirkətin meneceri ilə görüşüb və ona xəbərdarlıq edib ki, həyat yoldaşından rəsmi xəbərdarlıq sənədini imzalamasını istəməsin, əks halda  ona Batumidə yaşamağa icazə verməyəcək.

"İstintaq müəyyən edib ki, 2024-cü il fevralın 7-də Batumi şəhərində təqsirləndirilən H.V. arvadının işlə təmin olunma məsələsini həll etmək üçün həyat yoldaşının işlədiyi özəl şirkətin meneceri ilə görüşüb. Təqsirləndirilən şəxs zərərçəkmişi avtomobilə çağırıb, onu şifahi şəkildə təhqir edərək, arvadının rəsmi xəbərdarlıq sənədinə imza atmasını tələb etməməsini istəyib,  əks halda onun Batumidə yaşamasına mane olacağını və ona problem yaradacağını bildirib. Daha sonra menecerin avtomobildən düşməsinə icazə verməyib, ondan  zorla maşına qayıtmağı tələb edib”, - deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanının əməkdaşına Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci hissəsi (məcbur etmə) ilə ittiham irəli sürülüb.

Cinayət 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


mənbə: interpress


Oxşar xəbərlər