21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb

26 Aprel 2024

185

Saxta pul çıxarılması ilə bağlı 1 nəfər saxlanılıb.

Bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

"İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə Tbilisi şəhərində ümumilikdə 21 400 ABŞ dolları dəyərində saxta 100 dollarlıq və 600 avroluq pullar çıxarıb. İstintaq zamanı həmin saxta pullar müəyyən edilib”, - məlumatda deyilir.

İstintaq Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.


mənbə: interpress


Oxşar xəbərlər